02Sığorta məhsulları

Niyə səyahət sığortası almalıyam?

Viza sənədləri

Səyahət edəcəyiniz ölkə üzrə viza prosedurları və toplanmalı sənədlər barədə ətraflı məlumat əldə edin

Ən gözlənilməz anda sığortaya ehtiyac ola bilər: ekzotik mətbəxi daddıqdan sonra, yeni zirvələri fəth etmək və ya vəhşi heyvanlarla görüşmək. Bir xarici ölkədə yardım axtarmaq üçün narahatçılığa heç bir əsas yoxdur. Şirkətimiz sizin qayğınıza qalacaqdır. Gözlənilməyən hadisələr zamanı, AZSIĞORTA aşağıdakı xərclərinizi ödəyəcəkdir:

  • Təcili tibbi yardım və müalicə xərclərinin ödənişi;
  • Ölüm halında repatriasiya;
  • Fövqəladə halda qohumun gəlməsi (1 nəfər);
  • Sığorta olunanın yaxın qohumunun ölümü ilə əlaqadar vaxtından tez geri dönmə;
  • Təxirəsalınmaz stomatoloji yardımın ödənilməsi;
  • Baqajın itirilməsi halında qaytarılması və müvafiq ünvana yönəldilməsi;
  • Sənədlərin itməsi və ya oğurlanması hallarında yardım;
  • Baqajın itirilməsi və zədələnməsi;
  • Səyahətin ləğv edilməsi;
  • Vizanın ləğvi

Hadisə zamanı nə etməli?

Ölkə xaricində və ya daxilində üzləşdiyiniz hər hansı gözlənilməz hadisələrin həlli və səyahətinizin davam etməsi üçün şirkətimiz əlindən gələnin ən yaxşısını edəcək

Sığorta şəhadətnaməsini necə seçməli?

Şirkətimiz xarici ölkələrin bütün səfirliklərində və konsulluqlarında akkreditasiya olunmuşdur. Sığorta siyasəti viza xidmətlərinin bütün tələblərinə cavab verir və dünyanın bütün ölkələrinin konsulluqları tərəfindən qəbul edilir. Sığorta həm qısa müddət, həm də bir neçə səfər üçün verilə bilər. Özünüz və yaxınlarınız üçün bir sığorta şəhadətnaməsi qura bilərsiniz. Elastik sığorta şərtləri həmişə ən yaxşısını seçmək üçün kömək edəcək:

  • Dünyanın istənilən ölkəsinə sayəhət üçün;
  • Turizim və biznes məqsədli səyahət üçün;
  • Hamilə qadınlar üçün;
  • Ekstermal növlər də daxil olmaqla idman məqsədli səyahət üçün;
  • Kiçik yaşlı uşaqlarla səyahət üçün.

Necə əldə edim?

Aşağıdakı forma ilə sorğu göndərin, biz sizinlə əlaqə saxlayaq.