Təkrarsığorta təminatı
Şirkət sabitliyinin və maliyyə dayanaqlılığın daha bir göstəricisi onun təkrasığorta təminatıdır. 12 illik fəaliyyət ərzində biz bu istiqamətdə həm ölkənin sığorta şirkətləri ilə, həm də dünyanın ən iri təkrarsığorta şirkətləri ilə üzunmüddətli işbirliyi qurmuşuq. Bunun sayasində biz müştərilərimizə yüksən etibarlıq və rahatlıq təmin edə bilirik.
Biz risklərimizi “A+” reytinqli şirkətlərdə təkrarsığortalıyırıq. Bu, Lloyd’s of London bazarının iştirakçıları, SCOR, Swiss Re, Hannover Re və AIG kimi şirkətlərdir. Biz onlarla həm birbaşa, həm də Marsh & McLennan və AON Benfield kimi beynəlxalq brokerlər vasitəsilə əməkdaşlıq aparırıq.