05Müştəri mərkəzi

➀ Hadisə baş verdikdə nə etməliyəm?

Cavab: Qəzada zərərçəkmiş olub olmadığını müəyyənləşdirin.

Heç bir halda qəza yerini tərk etməyin- bu vəziyyəti daha da pisləşdirəcək. Hər şeydən öncə , qəzaya uğrayan insanların vəziyyətini yoxlayın və təcili yardım çağırın

➁ Hadisə baş verdikdən sonra avtomobili tərpədmək olarmı?

Cavab: Əgər qəza əsas yolda baş veribsə və ya avtomobiliniz yolu bağlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olursa, avtomobilinizi yaxınlıqda sakit yerdə yerləşdirmədən öncə video və fotosunu çəkin.

Çalışın, avtomobiliniz qəza halında olduğu kimi eyni vəziyyətdə qalsın. Bu hadisənin araşdırılmasını yüngülləşdirəcək. Qəza siqnalını yandırın və mümkünsə, digər sürücüləri xəbərdar etmək üçün təcili dayanma işarəsi qurun.

➂ Polisi çağırmaq lazımdırmı?

Cavab: Bəli. 102 nömrəsinə zəng edin, ərazi və qəza şəraiti barədə məlumat verin.

Sizin yerinizdən aslı olaraq polis əməkdaşlarını 10 dəqiqədən 60 dəqiqəyə qədər gözləməli olacaqsınız. Çalışın bu müddət ərzində qəza baş vermiş ərazidə heç bir dəyişiklik olmasın.

➃ Sığorta şirkətinə nə vaxt məlumat vermək lazımdır?

Cavab: Bəli. Qəza baş verən zaman heç bir halda hadisə yerində heç nəyi özünüz həll etməyin, mütləq şəkildə sığorta şirkəti ilə əlaqə saxlayın.

Sığorta avtomobil sahibinə YNH-nin səbəbkarı olsa belə, sığorta ödənişlərini almaq hüququnu verir.