• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    Ölkəmizin hüdudlarından kənarda olduğumuz dövrdə gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklər barədə düşünməyimiz vacibdir. Qarşılaşdığımız bədbəxt hadisələr istirahətimizi, işgüzar əhval-ruhiyyəmizi pozmaqla yanaşı, çox ciddi miqdarda maliyyə vəsaiti də tələb edir.

    Bu hadisələrdən sığortalanmamaq gələcəkdə baş verəcək təhlükələr qarşısında aciz qalmaq deməkdir.

    Əgər bu təhlükələr evimizdən kənarda baş verirsə və köməyimizə heç kim yetişə bilmirsə, onda bizə nə edəcəyimiz barədə yalnız ciddi düşünmək qalır.

    Məhz bu səbəbə görə hazırda dünyanın bir çox ölkələri Səfər sığortası olmayan şəxslərin öz ölkələrinə daxil olmalarına icazə vermirlər.

    «AZSIĞORTA» ASC fərdi və kollektiv qaydada xaricə gedən hər kəs üçün «Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan şəxslərin qəfil xəstəliklərdən sığortası qaydaları»na əsasən sığorta təminatını təklif edir.

  • Bu sığorta növü ilə nələr sığorta olunur?

    • Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin:
    • tibbi (ambulator və stasionar) xidmətlər üzrə xərclər
    • tibbi daşınma/evakuasiya və repatriasiya
    • hüquqi yardım
    • ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir

    Xarici ölkələrə səfər edən şəxslər özlərini və ailə üzvlərini bu sığorta növü ilə sığorta etdirə bilərlər.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!