• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    Bu gün istər hüquqi istərsə də fiziki şəxslər maliyyə institutlarının xidmətlərindən istifadə edirlər. Artıq həmin qurumlar bu gün həyat tərzimizin bir hissəsinə çevrilmişdir. Belə ki, biz maliyyə qurumlarından kreditlər alırıq və depozitlər yerləşdiririk, banklarda hesablar açırıq və bunları edərkən böyük seçim qarşısında qalırıq. Bu gün fəaliyyətdə olan bir çox maliyyə qurumları öz xidmətlərini bizlərə təklif edir və göstərdikləri xidmətlərin nə dərəcədə əlverişli olduğunu sübut etməyə çalışırlar. Lakin, hər bir şəxs maliyyə institutları ilə hər hansı əməliyyat apararkən ilk növbədə onların nə dərəcədə etibarlı olduqları haqda düşünür. Belə etibarlılığın vacib amillərdən biri də maliyyə institutlarının və bank sisteminin sığortasıdır. Bu qurumların sığortası onların müştərilərində onlara qarşı böyük inam yaradır və bu da onların müştəriləri cəlb etmələrinə və fəaliyyətlərini daha da genişləndirmələrinə böyük təkan verir.

    Bu sığorta növü ilə nələr sığorta olunur?

    • Bu sığorta növü üzrə:
    • Maliyyə cinayətkarlığı riskləri;
    • Elektron və kompyuter cinayətkarlığı riskləri
    • Maliyyə institutunun vurduğu zərərə görə mülki məsuliyyəti

    Maliyyə cinəyatkarlığı risklərinin sığortası işçi heyətinin qeyri qanuni hərəkətləri, qiymətli əşyaların daşınması və saxlanılması zamanı; maliyyə sənədlərinin saxtalaşdırılması və ya onlarda bilərəkdən əlavə və dəyişikliklər edilməsi nəticəsində; saxta, saxtalaşdırılmış, oğurluq və ya dəyişiklik edilmiş qiymətli kağızlarla əməliyyatlar nəticəsində; üçüncü şəxslərin qeyri qanuni hərəkətləri nəticəsində maliyyə institutunun əmlakına, eləcə də müştərilərin saxlanc əmlakına; maliyyə institutunun üçüncü şəxslərdə saxlancında olan əmlakına dəyən itki və zərərlərə təminat verir.

  • Elektron və kompyuter cinayətkarlığı risklərinin sığortası (Computer Crime) şirkətin kompyuter sisteminə, əməliyyat şirkətinin, vəsaitlərin elektron köçürmə sisteminə, müştərilərlə elektron bağlantı sisteminə dələduzluq yolu ilə elektron məlumatın daxil edilməsi, maliyyə institutundan müştəriyə və ya əksinə müştəridən maliyyə institutuna məlumatlar ötürülərkən müdaxilələr, kompyuter viruslarının təsiri, elektron məlumat daşıyıcılarının bilərəkdən məhvi və ya məhvinə cəhd nəticəsində məlumatların itirilməsi və ya zədələnməsi, aldadıcı gələn və çıxan elektron və faksimil məlumatlar nəticəsində pulların köçürülməsi və ya hər hansı digər ödənişlərin həyata keçirərkən yaranan itki və zərərlərə təminat verir.

    Maliyyə institutunun məsuliyyətinin sığortası (Professional Indemnity) maliyyə institutunun rəhbərliyi də daxil olmaqla, işçilərin səhvi nəticəsində üçüncü şəxslərə vurduğu və ödəməyə borclu olduğu itki və zərərləri əhatə edir.

    Bu sığorta növünü kimlər seçir?

    Bu sığorta növü maliyyə bazarının peşəkar iştirakçılarına, o cümlədən banklar, depozitariylər, diller və ya broker şirkətlərinə, şirkət və ya birja rəhbərlərinin tələbləri nəzərə alınaraq, fərdi qaydada sığorta paketi işlənilərək təqdim edilə bilər.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!