• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    "Müəssisələr haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra Respublikamızda özəl müəssisələr yaranmağa başlandı və bir çox dövlət inhisarında olan müəssisələrin özəlləşdirilməsinə start verildi. Bununla bağlı Mülki Məcəllədə və Əmək Məcəlləsində müvafiq dəyişikliklər aparıldı. Belə ki, Əmək Məcəlləsində "Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət" maddəsi ilə işəgötürənin maddi məsuliyyəti nəzərdə tutulmuşdur. Bu gün müəssisə və ya təşkilatlarda yüz minlərlə insanlar çalışır və heç bir müəssisə rəhbəri arzu etməz ki, onun işçiləri bədən xəsarəti alsın və ya peşə xəstəliyinə məruz qalsın, lakin belə halların mövcudluğu labüddür. Belə hallarda İşəgötürənlər müavinət ödəməklə, böyük məsrəflərə məruz qalır ki, bu biznesin inkişafına mənfi təsir göstərir, hətta müflisləşməyə gətirib çıxara bilir. Belə risklərin qarşısını almaq məqsədilə siz "AZSIĞORTA" ASC-yə müraciət edərək çox əlverişli şərtlərlə "İşəgötürənin məsuliyyətini" sığortalaya bilərsiniz.

    Bu sığorta növü ilə nələr sığorta olunur?

    Bu sığorta növü üzrə verilən sığorta təminatına görə sığortaçı, işçinin öz əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə bağlı olan (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) xərclərin əvəzinin işçiyə və ya ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikləri üzrə sığorta müqaviləsində göstərilən həcmdə və qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür.

    Bu sığortaya görə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən və müvafiq qaydada sığortaçıya bildirilən hadisələr nəticəsində sığortalının işçisinə dəyən səhhəti ilə bağlı elə zərərə görə təminat verilir ki, həmin zərər (sağlamlıqla bağlı problemlər, əlillik) özünü bu sığortanın qüvvədə olduğu müddət başa çatdıqdan sonra büruzə vermiş olsun.

    Sığorta təminatına işəgötürənin (sığortalının) hər hansı muzdla tutduğu və ya başqa iş yerindən müvəqqəti cəlb etdiyi və cavabdeh olduğu işçiyə və yaxud podratçısı ilə xidmət müqaviləsi bağlayan hər hansı bir şəxsə qarşı məsuliyyət daşıdığı hallar da daxildir.

    • Sığorta təminatı işçinin aşağıda göstərilən əmək funksiyalarını yerinə yetirərkən də qüvvədədir:
    • rəsmi fasilələr (nahar fasiləsi) daxil olmaqla, işəgötürənin binasında iş günü ərzində istənilən vaxt;
    • ezamiyyət müddətində və işəgötürənin adından fəaliyyət göstərərkən;
    • iş vaxtında və işçi kimi öz vəzifələrini yerinə yetirərkən ictimai nəqliyyatdan istifadə, yaxud gəzintidə olarkən;
    • işəgötürənin rəsmi vəkalətnaməsi ilə biznes məqsədləri üçün istifadə edilən şəxsi minik avtomobilində olarkən.

    Bu sığorta növünü kimlər seçir?

    Bu sığorta növü hər hansı işçiləri ilə əmək müqaviləsi bağlayan fərdi sahibkarlar və ya hüquqi şəxs olan şirkətlər işçiləri qarşısında öz məsuliyyətlərini sığortalaya bilərlər.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!