• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    Yük sığortası sığortanın ən qədim növlərindən biridir. Dünyada ilk sığorta şəhadətnaməsi məhz yükləri sığortalamaq məqsədilə yazılmışdır. Ona görə həmin dövrdə belə bir ifadə formalaşmışdı: «Qoy təhlükələrlə dolu dənizə çıxan hər bir tacir pullarının digər hissəsini qorumaq üçün bir hissəsini ayırsın!»

    Bu gün də istər dəniz yolu ilə, istər quru yolu ilə, istər dəmir yolu ilə, istərsə də hava yolu ilə həyata keçirilən yük daşımalarında onlarla müxtəlif risklərə rast gəlirik: yükün dağılması, əzilməsi, zədələnməsi və ya məhv olması.

    Əgər belə vəziyyətlərdə yükünüz sığortalanmayıbsa onda təəssüf etmək olar. «AZSIĞORTA» Şirkəti sizə yüklərinizlə bağlı əmlak maraqlarınızı qorumaq məqsədilə «Yük sığortasının qaydaları»na əsasən sığorta təminatını təklif edir.

    Bu sığorta növü ilə nələr sığorta olunur?

    Daşımanın həyata keçirildiyi ölkələrdə nəqliyyatın hər hansı növü ilə daşınan yüklərə dəyən itki və ziyanlar sığorta olunur.

    Müştərilərin istəyi ilə daşıma ilə əlaqədar yol (nəqliyyat) xərcləri, gömrük rüsumları və daşınan malların satılmasından əldə olunması gözlənilən gəlir də bu sığorta növü ilə sığorta oluna bilər.

    Sığorta təminatı yükün təhvil götürülməsi və nəqliyyat vasitəsinə yüklənilməsi ilə başlayır, daşıma (habelə yükləmə-boşaltma və müvəqqəti saxlanc üçün nəzərdə tutulan yerlərdə saxlanılması) dövrünü əhatə etməklə, sığorta müqaviləsində qeyd olunan son təyinat məntəqəsinə çatdırılması ilə sona çatır.

  • Bu sığorta növünü kimlər seçir?

    Fiziki və hüquqi şəxslər, habelə yük daşıma ilə məşğul olan şirkətlər yüklərlə bağlı əmlak maraqlarını bu sığorta növü ilə sığorta etdirə bilərlər.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!