• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    «AZSIĞORTA» ASC mülkiyyətində və ya istifadəsində müxtəlif məqsədlər üçün istifadə olunan dəzgah və qurğular olan fiziki və hüquqi şəxslər üçün «Dəzgah sınmasından sığorta qaydaları»na əsasən sığorta təminatını təklif edir.

    Bu sığorta növü ilə nələr sığorta olunur?

    Bu sığorta növü ilə sığorta müqaviləsində (və ya sığorta müqaviləsinin əlavəsi olan və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində) miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və avadanlıqlara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yerinin dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində dəyən maddi zərərlərə, habelə onların təmir və əvəz etmə xərclərinə təminat verilir:

    • iş qəzaları;
    • modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımi səviyyədə icra edilməməsi;
    • düzgün yağlanmaması;
    • elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısaqapanma, yanıb-sönmə, cərəyan yükünün artması, qeyri-düzgün izolyasiya və ildırım kimi atmosfer elektrik yüklənməsinin dolayı təsirləri;
    • tıxanma, kənar maddələrin düşməsi;
    • mərkəzdənqaçma qüvvənin təsiri nəticəsində baş vermiş parçalanmalar;
    • buxar qazanlarında və buxar çənlərində su çatışmazlığı;
    • gözlənilmədən suyun səviyyəsinin dəyişməsi - həddindən artıq qızma və ya soyuma
    • təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə, qırışma və bu kimi deformasiyalar;
    • fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi;
    • işçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası və ya diqqətsizliyi
  • Bu sığorta növünü kimlər seçir?

    Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı məhsullarının istehsalı və ya heyvandarlıq ilə məşğul olan fiziki və hüquqi şəxslər (fermer və digər təsərrüfatlar) əkdikləri məhsulları və sahib olduqları heyvanları (mal-qara və s.) sığorta etdirməklə gələcəkdə baş verə biləcək hadisələr zamanı onlara dəyən itki və ziyanlara qarşı təminat əldə edə bilərlər.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!