• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    Kənd təsərrüfatının biznesin digər sahələri kimi iqtisadiyyatda xüsusi rolu vardır. Yüngül və yeyinti sənayesinin inkişafı, habelə hər birimizin süfrəsində olan nemətlər bu biznesin nəticələridir.

    Lakin digər sahələr kimi bu sahə də təhlükələ ilə üz-üzə qalır.

    Əkdiyiniz tarlanı ildırım vurur və məhsulunuz yanır, dolu düşür məhsulunuz məhv olur, yoldan keçən şəxs söndürülməyən siqaret kötüyünü atır və nəticədə məhsulunuzdan yalnız kül qalır, mal-qaranız yoluxucu xəstəliklərə yoluxur və tələf olur.

    Əlbəttə bunların siyahısını uzatmaq da olar.

    «AZSIĞORTA» ASC kənd təsərrüfatı ilə məşğul olan şəxslər və müəssisələr üçün «Kənd təsərrüfatı bitkiləri məhsullarının doludan sığortası və Heyvanların sığortası qaydaları»na əsasən sığorta təminatını təklif edir.

    Bu sığorta növü ilə nələr sığorta olunur?

    Kənd təsərrüfatı bitkilərinin əsas və köməkçi məhsulları təbii fəlakət və həmin ərazi üçün qeyri-adi olan digər meteoroloji və təbiət hadisələri, yanğın nəticəsində zədələnməsi və məhv olması hallarına qarşı sığorta olunur.

    • İri və xırda buynuzlu mal-qara (inəklər, öküzlər, camışlar, qoyunlar, keçilər) və s. heyvanlar:
    • Bütün növ adi və yoluxucu (bir heyvandan digər heyvana keçə bilən) xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə əməliyyatının aparılması;
    • Hər növ qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi;
    • Şaxtadan donma, məftil, mismar, daş və digər bu kimi bərk və iti cisimlər udması və ya dərmanlanmış sahədə otlaması;
    • Qasırğa, ildırım, zəlzələ, su basqını, torpaq çökməsi və ya yer sürüşməsi;
    • Yanğın və ya partlayış nəticəsində, heyvanların məcburi kəsdirilməsi də daxil olmaqla, tələf olmasına qarşı sığorta olunur.
    • Terror
  • Bu sığorta növünü kimlər seçir?

    Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı məhsullarının istehsalı və ya heyvandarlıq ilə məşğul olan fiziki və hüquqi şəxslər (fermer və digər təsərrüfatlar) əkdikləri məhsulları və sahib olduqları heyvanları (mal-qara və s.) sığorta etdirməklə gələcəkdə baş verə biləcək hadisələr zamanı onlara dəyən itki və ziyanlara qarşı təminat əldə edə bilərlər.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!