• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    Son illər ölkədə əhalinin maddi rifahının artması avtomobillərin sayının çoxalmasına gətirib çıxarmışdır. Avtomobillər artıq həyatımızın ayrılmaz atributuna çevrilmişdir.

    Lakin, yollarda avtomobillərin çox olması təhlükənin də artması deməkdir. Bununla yanaşı hər birimiz yol nəqliyyat hadisəsi, avtomobilimizin kənar şəxslər tərəfindən cızılması, əzilməsi, yandırılması, oğurlanması, təbii fəlakət nəticəsində zədələnməsi, üzərinə əşyaların düşməsi və s. hadisələr nəticəsində məhv olmasından və zədələnməsindən kifayət qədər qorunmuş deyilik.

    Bu təhlükələrdən hər hansı birinin baş verməsi hər an avtomobilimizin zədələnməsi və məhv olması kədərini hər an yaşada bilər.

    «AZSIĞORTA» ASC avtomobil sahibi olan hər kəs üçün «Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydaları»na və «Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası üzrə sığorta qaydaları»na əsasən sığorta təminatını təklif edir.

    Bu sığorta növü ilə nələr sığorta olunur?

    • Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən, sığorta müqaviləsində göstərilən avtonəqliyyat vasitəsinə dəyən və aşağıda sadalanan sığorta risklərinin səbəb olduğu itki və ziyanlar sığorta olunur:
    • Yol nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə, toxunma, vurulma);
    • Yanğın, öz-özünə alışma, həmçinin ildırım vurması və partlayış;
    • Təbii fəlakət (zəlzələ, vulkan püskürməsi, yer sürüşməsi, tufan, fırtına, qasırğa, sel və daşqın);
    • Oğurluq və üçüncü şəxslərin digər qeyri-qanuni qərəzli hərəkətləri;
    • Daşların dəyməsi və ya üzərinə əşyaların düşməsi və s.
    • Terror
  • Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası təminatı ilə avtomobilinizlə üçüncü şəxslərin əmlakına (avtomobillər, yol qurğuları, binalar, heyvanlar və s.) və ya səhhətinə vurduğunuz itki və ziyanlara sığorta məbləği həddində təminat verilir.

    Fərdi qəza sığortası təminatı ilə avtomobildə olan sürücü və sərnişinlərin həyatına və səhhətinə dəyən ziyanlar (həyatın və əmək qabiliyyətinin itirilməsi və müalicə xərcləri) sığorta oluna bilər.

    Bu sığorta növünü kimlər seçir?

    Mülkiyyətində, saxlancında və ya istifadəsində avtonəqliyyat vasitəsi olan hər bir fiziki və hüquqi şəxs öz avtomobilini və avtomobillərlə bağlı maraqlarını bu sığorta növü ilə sığorta etdirə bilər.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!