• Facebook
  • Twitter
  • Bu sığorta növü İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

    Qanun, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası sahəsində münasibətləri tənzimləyir, bu sığortanın iştirakçıları tərəfindən yerinə yetirilməli olan minimum məcburi tələbləri müəyyən edir.

    Bu qanun həmçinin öz daşınmaz əmlakını könüllü qaydada sığortalayan hüquqi və fiziki şəxslərdə şamil edilir. Könüllü sığorta şəhadətnaməsinin olması icbari sığorta etdirməkdən azad etmir.

    Daşınmaz əmlakın icbari sığortasının məqsədi Sığortalıların daşınmaz əmlakının yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi onların əmlak mənafelərinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.  

    Sığorta riskləri

    • Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
    • Təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
    • Üçüncü şəxslərin hərəkətləri.

    Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

    Sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

    Sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, yanğın baş verməmişdirsə, belə əmlaka dəyən zərər;
    Hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; qrunt sularının səviyyəsinin dəyişməsi;

    Suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.
  • Sığortanın obyekti aşağıdakılardır:

    Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş ərazidə sığortalının mülkiyyətində və ya istifadəsində olan tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalarının, mənzilləri, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakı.

    Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

    Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri (AZN)
     
    Şəhər Sığorta məbləği Azadolma məbləği
    Bakı şəhəri 25 000 250
    Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri 20 000 200
    Digər yaşayış məntəqələri 15 000 150

    Aşağıdakılar icbari sığortaya cəlb olunmur:

    • Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi daşınmaz əmlak;
    • Tikintisi başa çatmayan daşınmaz əmlak;
    • Qəzalı vəziyyətdə olan daşınmaz əmlak;
    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlak.

    İcbari sığorta haqqında daha geniş məlumat almaq üçün sığorta qanunvericiliyi bölməsində yerləşdirilmiş "İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tanış ola bilərsiniz.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!