• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    Dünyada telekommunikasiya texnologiyalarının surətlə inkişaf etməsinə baxmayaraq, bu gün biz yenə də nəqliyyat vasitələri ilə daşımalardan istifadə edirik. Bildiyiniz kimi qiymətli əşyaların daşınması adi daşımalardan fərqli olaraq oğurluq obyekti olaraq daha da maraq doğurur. Əgər siz qiymətli əşyalarınızın daşınması zamanı oğurlanmasından və ya hər hansı bir səbəbdən yoxa çıxmasından zərər çəkməyinizi istəmirsinizsə və əşyalarınız daşınarkən rahat həyat tərzinizi davam etdirmək istəyirsinizsə, "AZSIĞORTA" ASC sizə bu növ sığorta üzrə sığortalanmağı tövsiyyə edir.

    Bu sığorta növü üzrə poçt daşımaları da daxil olmaqla mühafizə altında su, avtomobil, hava və dəmir yol nəqliyyatı ilə daşınan qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, bono və s.), təminat məktubu, nəğd pul (manat və ya digər valyuta), külçə və digər formada olan əlvan metallar, qiymətli daşlar və zinət əşyaları sığorta obyekti hesab edilir.

    • Sığorta müqaviləsi bağlanarkən siz əlavə sığorta haqqı ödəməklə sığorta təminatına:
    • Tətilçilərin, sahibkar tərəfindən bağlanmış müəssisə işçilərinin etiraz nümayişləri və ya tətil, qarışıqlıq və ya xalq hərakatlarında iştirak edən şəxslərin hərəkətləri;
    • Terroristlərin və ya siyasi məqsədlər güdən şəxslərin hərəkətləri;
    • Məzənnə və ya birja qiymət fərqi;
    • Səhm və istiqrazların faiz/gəlir payı və s. kuponları;
    • Nəqliyyat, sığorta və bank komissiyon xərcləri;
    • Gömrük vergiləri və digər rəsmi xərclər;
    • Sığorta dəyərinin 10%-dən çox olmaması şərtilə, gözlənilən gəlir və s. daxil edilə bilər.

    Bu sığorta növünü kimlər seçir?

    Qiymətli kağızlarla işləyən, zərgərlik və ya qiymətli metallardan cihazlar hazırlayan müəssisə və təşkilatlar, o cümlədən Banklar, qeyri bank kredit təşkilatları, nəhəng müəssisələr, çihaz zavodları, zərgərlik fabrik və sexləri, o cümlədən belə əşyalara malik fiziki şəxslər bu sığorta növündən istifadə edirlər.

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!