• Facebook
  • Twitter
  • Sığorta nə üçün lazımdır?

    Özümüzün və övladlarımızın gələcəyini təmin etmək hər birimizin arzusudur. İş həyatımızdakı müvəffəqiyyətlər bizi bu arzumuza daha da yaxınlaşdırır. Lakin, bir çox hallarda səhhətimizdə yaranan problemlər bizi narahat edir, işlərimizə mane olur, ailə büdcəmizə zərər vurur. Ağır iş stressi, süni qidalar, ekoloji problemlər, yayılan infeksiyalar hər an bizim yolumuzu xəstəxanaya sala bilər. Maliyyə vəziyyətimizin qənaətbəxş olmaması və ya səhhətimizə lazım olan qədər diqqət ayırmamağımız, problemləri daha da ağırlaşdıra bilər.

    Bütün bu problemlərdən azad olmaq üçün ən ideal yol tibbi sığorta əldə etməkdir. «Az Sığorta» ASC fərdi və kollektiv qaydada hər kəs üçün «Könüllü tibbi sığortanın qaydaları»na əsasən sığorta təminatını təklif edir.
  •  

    Bu sığorta növü ilə nə sığorta olunur?

    Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən bədbəxt hadisə və meydana gələn xəstəliklər nəticəsində sığorta olunmuş şəxsin müalicəsi üçün tələb olunan tibbi xərclər sığorta olunur.

    Sığorta təminatı «AZSIĞORTA» ASC-nin TİBBİ SIĞORTA PROQRAMLARINA əsasən müəyyən olunur. Sizə seçdiyiniz tibbi sığorta proqramına uyğun tibbi xidmətlər göstəriləcəkdir.
     

    Bu sığorta növünü kimlər seçir?

    Fərdi qaydada vətəndaşlar özlərini və ailə üzvlərini, habelə kollektiv qaydada hüquqi şəxslər öz işçilərini bu sığorta növü ilə sığorta etdirə bilərlər.
     

______________________________________________________________________

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!