• Facebook
  • Twitter
AzSığorta

“Azsığorta”nın aktivləri 15% artıb




"Azsığorta" şirkəti 2013-cü ili 16 milyon manata yaxın mənfəətlə başa vurub. Fins.az-ın məlumatına görə, bu barədə şirkətin ötən ilin yekunlarına həsr olunmuş hesabatında bildirilir.
Hesabata görə, ötən il "Azsığorta"nın gəlirləri 45 milyon 143 min manatdan, xərcləri isə 25 milyon 226 min manatdan çox, mənfəəti 15 milyon 933 min manatdan çox olub.
2013-cü ildə "Azsığorta”nın nizamnamə kapitalı dəyişməz qalıb- 20,3 milyon manat. Məcmu kapitalı isə 11,4% artaraq 32 milyon 857 min manatdan 36 milyon 590 min manata yüksəlib.
Ötən il şirkətin aktivləri 15% artaraq 54 milyon 803 min manatdan 63 milyon 50 min manata çatıb.
2013-cü ildə şirkətin büdcə və qeyri-büdcə ödənişləri 7 milyon 218 min manatdan çox olub. Bundan 4 milyon 134 min manatdan çoxu mənfəət vergisi, 530 min manata yaxını gəlir vergisi, 1 milyon 97 min manatı sosial sığorta və təminat ödəmələridir. 

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!