• Facebook
  • Twitter
AzSığorta

"AzSığorta" sığorta şirkəti nizamnamə kapitalını iki dəfə artırır

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AzSığorta" ASC-nin ümumi məbləği 9,446 milyon manat olan sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə çərşənbə günü dövlət komitəsinin məlumatında deyilir.

Emissiya çərçivəsinsdə hər birinin nominal dəyəri 94 457,01 manat olan 100 səhm buraxılıb.

Bu emissiyanın buraxılması səhmlərin əvvəllər qeydiyyata alınan və hər birinin nominal dəyəri 46 436,83 manat olan emissiyanın səhmlərinə konversiya yolu ilə aparılacaq.

Səhmlərin nominal dəyərinin artması nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı hazırkı 4,644 milyon manatdan 9,446 milyon manata çatacaq.

"AzSığorta" 2006-cı ilin noyabrında yaradılıb. Şirkətdə 180-dən artıq əməkdaş çalışır. "AzSığorta" sığortanın 32 könüllü və icbari növü üzrə xidmətlər göstərir.

Martın 16-na olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!