• Facebook
  • Twitter
AzSığorta

"Azsığorta" beynəlxalq mükafata layiq görülüb




İyunun 19-20-də Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində "Kempinski Hotel Badamdar" hotelində Ənənəvi Azərbaycan Gecəsi keçirilib. Fins.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın ən uğurlu sığorta şirkətlərindən olan "Azsığorta" ASC-nin mükafatlandırılma mərasimi baş tutub.

Qeyd edək ki, "Azsığorta" ASC bu mükafata Rumıniyada keçirilən FİAR-2014 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumunda  Azərbaycanın qeyri-həyat sığortası bazarında ən böyük mənfəət əldə edən sığorta şirkəti kimi layiq görülüb.

Belə ki, 2013-cü ili "Azsığorta" ASC 20,8 milyon manatdan artıq mənfəətlə başa vurub. İlin yekunlarına görə, şirkət dövlət büdcəsinə 6 milyon manatdan artıq vergi ödəyib, xalis mənfəəti 16,7 milyon manat təşkil edib.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyətə başlayan “Azsığorta” ASC hüquqi və fiziki şəxslərə çoxsaylı sığorta xidmətləri göstərir. Şirkət həm topladığı sığorta yığımlarının həcminə, həm ödənişlərinə görə bazarın liderlərindən biridir.
Hazırda "Azsığorta" ASC əməkdaşlarının sayına və regionlardakı filiallarının miqdarına görə, ölkənin ən böyük sığorta şirkətlərindən sayılır.

İyunun 19-20-də Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə Qafqaz regionunun ən böyük sığorta tədbiri olan V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2014) keçirilib. Foruma dünyanın 24 ölkəsindən 250 nümayəndə qatılıb. Tədbirdə Böyük Britaniya, Almaniya, Belçika, Fransa, Avstriya, Rumıniya, Türkiyə və Rusiyanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, Avropanın ən iri təkrarsığorta şirkətlərindən olan Swiss Re, Munich Re, Gen Re, Everest Re, Barents Re və Hannover Re şirkətlərinin nümaynədələri qatılıb. Forumda həyat sığortası, tibbi sığorta, avtomobil sığortası və rislərin idarə edilməsi mövzularında təqdimatlar keçiriblər.
Qeyd edək ki, "Kempinski Hotel Badamdar" hotelində keçirilən Ənənəvi Azərbaycan Gecəsinin baş sponsoru "Azsığorta" ASC-dir.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!