• Facebook
  • Twitter
AzSığorta

"Azsığorta"nın mənfəəti 16,7 milyon manat olub (VIDEO)


Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində "Azsığorta" şirkətinin mükafatlandırma mərasimi keçirilib. Fins.az-ın məlumatına görə, mükafatlandırma "Kempinski Hotel Badamdar" hotelində keçirilən Ənənəvi Azərbaycan Gecəsində baş tutub.
 

"Azsığorta" ASC bu mükafata Rumıniyada keçirilən FİAR-2014 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumunda  Azərbaycanın qeyri-həyat sığortası bazarında ən böyük mənfəət əldə edən sığorta şirkəti kimi layiq görülüb.  Qeyd edək ki, şirkət 2013-cü ili 20,8 milyon manatdan artıq mənfəətlə başa vurub. İlin yekunlarına görə, dövlət büdcəsinə 6 milyon manatdan artıq vergi ödəyib, xalis mənfəəti 16,7 milyon manat təşkil edib. "Azsığorta" ASC əməkdaşlarının sayına və regionlardakı filiallarının miqdarına görə, ölkənin ən böyük sığorta şirkətlərindən sayılır.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!