• Facebook
  • Twitter
AzSığorta

Azərbaycanda sığorta bazarının 5 aylıq göstəriciləri açıqlanıb

Yanvar-may ayları ərzində sığorta şirkətləri tərəfindən 168 mln. 693 min 371 manat sığorta haqqı yığılıb.

Gün.Az-ın Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, 16 mln. 830 min manatı həyat sığortası olmaqla 108 mln. 971 min 839 manatı könüllü sığorta növlərinin payına düşüb.

İcbari sığorta növləri üzrə isə 16 mln. 36 min manatı həyat sığortası olmaqla 59 mln. 721 min manatı icbari sığorta növləri üzrə yığılıb.

Həmçinin bu müddətdə sığorta ödənişlərində də artım müşahidə edilib. Belə ki, ödənişlərin həcmi ötən ilin ilk beş ayındakı 32 mln. 944 min 942 manatdan 48 mln. 882 min 616 manata yüksəlib. Ödənişlərin də 585 min manatı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə olmaqla 14 mln. 150 min manatı icbari sığorta növləri üzrə həyata keçirilib.

Nərmin Rəhimova

Gün.Az

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!