• Facebook
  • Twitter
AzSığorta

“Azsığorta” ötən ay 819 min manat ödəniş edib

“Azsığorta” şirkəti iyun ayı ərzində 818 644 manat sığorta ödənişi edib. Şirkətdən fins.az-a verilən məlumata görə, könüllü sığorta növləri üzrə 297 697 manat, icbari sığorta növləri üzrə isə 520 946  manat ödəniş edilib. İcbarı sığorta ödənişlərinin 498 461  manatı avtomobillərin icbari sığortasının payına düşüb.

Xatırladaq ki, bu ilin 1-ci yarısında şirkətin sığorta ödənişləri 2013-cü ilin ilk 6 ayı ilə müqayisədə 14,56 % artıb. Belə ki, ötən ilin yanvar-iyun aylarında  4 004 466 manat sığorta ödənişi edilibsə, bu il bu rəqəm  4 587 333 manata yüksəlib.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!