• Facebook
  • Twitter
AzSığorta

Azərbaycanda “Yaşıl kart” sisteminin tətbiqi 2015-ci ildən tez olmayacaq

“Yaşıl kart” sisteminin tətbiqi üçün qanunvericiliyə əlavə və dəyişikliklər layihəsi hazırlanır.

Bu icbari sığortalar haqqında qanunda ayrıca fəsil kimi əks olunacaq.

Gün.Az-ın verdiyi xəbərə görə, bunu dövlət sığorta nəzarəti xidmətinin rəisi Namiq Xəlilov deyib.

O bildirib ki, burada “Yaşıl kart” bürosunun funksiyalarını hansı qurumun həyata keçirəcəyi, onun öhdəlikləri açıq şəkildə göstəriləcək.

N.Xəlilov qeyd edib ki, bu sistemə qoşulmaq üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirən şirkətlərin qoşulma hüququ var.

Amma mən düşünmürəm ki, bütün şirkətlər qoşulacaq. Çünki burada əlavə maliyyə təminatları da lazım olacaq.

O həmçinin təkrarsığorta proqramının hazırlanması istiqamətində görüşlər, danışıqlar aparıldığını bildirib.

Qeyd edək ki, “Yaşıl kart” sistemi 01 yanvar 1953-cü il tarixindən tətbiq olunmağa başlayıb. “Yaşıl kart” sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.

Bu sistemə əsasən “Yaşıl kart” haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.

Hazırda “Yaşıl kart” sisteminə Avropa, Asiya və Afrikadan, həmçinin qonşu ölkələrdən - Rusiya, Türkiyə və İran daxildir.

Gün.Az

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!