• Facebook
  • Twitter
AzSığorta

Dərnəgül yolunda yanan mağazaya 37 000 manat


“Azsığorta” iyun ayında ən böyük ödəniş edib. Şirkətdən verilən məlumata görə ayın ən böyük ödənişi əmlakın yanğın və digər risklərdən sığortası ilə bağlı olub. Belə ki, aprelin 6-da Nərimanov rayonunda Dərnəgül şossesində yerləşən və “Azsığorta”  şirkətinin sığortaladığı obyektin qonşuluğunda yanğın baş verib. Küləyin təsiri ilə yanğın sığortalınan tikinti malları mağazasına keçib.

Nəticədə tikinti materiallarına külli miqdarda zərər dəyib. Dəymiş ziyanla bağlı mağazanın sahibinə 36 995 manat sığorta ödənişi verilib.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!