• Facebook
  • Twitter
AzSığorta

Aqrar sığorta ilə bağlı təkliflər hökumətə təqdim ediləcək

Yaxın gələcəkdə aqrar sığorta növü ilə bağlı təkliflərimizi hökumətə təqdim edəcəyik və müvafiq qanunvericiliyə dəyişiklik ediləcək.

Beləliklə, biz bu sığorta növündən daha çox istifadə edə bilərik.

Gün.Az-ın verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov deyib:

“Bizi maraqlandıran sığorta növlərindən biri aqrar sığortadır. Demək olmaz ki, bu sığorta növü yoxdur. Bu sığorta mövcuddur, lakin onun bazarı çox məhduddur”.

Nazir qeyd edib ki, həm əhali tərəfindən bu bazarda iştirak üçün məlumat o qədər də yoxdur, ikinci tərəfdən mövcud olan mexanizmlər təkmil deyil. Nazirlik və böyük sığorta şirkətləri xarici təcrübəni öyrənir.

“Tibbi sığortaya gəldikdə müvafiq qanunvericilik var. Hesab edirəm ki, biz o mərhələyə çatmışıq ki, tibbi sığortanı öz həyatımızda istifadə edə bilərik.

Son illərdə səhiyyədə olan infrastruktur köklü surətdə dəyişib, əksər səhiyyə müəssisələri yenidən qurulub. Səhiyyə sahəsinə sığorta prinsiplərinin daha aktiv şəkildə tətbiq edilməsi prosesinə başlaya bilərik”.

Nərmin Rəhimova

Gün.Az

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!