• Facebook
  • Twitter
AzSığorta

“AzSığorta”da yeni sədr müavini təyin edildi

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan  “AzSığorta” ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsinə Yusif Soltanov təyin olunub. Bu barədə Fins.az-a  Şirkətdən bildirilib.

 Qeyd edilib ki, Yusif Soltanov sığorta sahəsində, eyni zamanda rəhbər vəzifələrdə geniş təcrübəyə malikdir. Müxtəlif dövrlərdə “AzSığorta” ASC-də Satış Departamentinin direktoru, Əmlak Sığortası Departamentinin direktoru, Strateji Əlaqələr Blokunun rəhbəri, Satış rəhbəri vəzifələrində çalışıb. Y. Soltanov Azərbaycan Dövlət İqtisad Universitini və Belarus Respublikası Mülki Müdafiə Universitetini  bitirib. 

 

 Şirktətin yenilənmiş İdarə Heyəti üzvləri hazırda aşağıdakı kimidir:

Anar Talıbov -  İdarə Heyətinin Sədri

Zöhrab Şirinov - İdarə Heyəti Sədrinin müavini

Yusif Soltanov - İdarə Heyəti Sədrinin müavini

 

“AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!