• Facebook
  • Twitter
AzSığorta

"AzSığorta" birdəfəyə 300 min manatdan çox ödəniş etdi

AZSIĞORTA şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişləri həyata keçirib. Şirkətdən Fins.az-a verilən məlumata görə, Lənkəran şəhərində yerləşən istirahət mərkəzlərindən birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın, digərində isə leysan səbəbindən su basma hadisəsi baş vermişdir.  Həmçinin Bakı şəhərində yerləşən ofis binalarının birində çəkilmiş elektrik xətlərində qısa qapanma baş vermişdir. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 100 240 manat, 129 904 manat və 95 006 manat dəyərində sığorta ödənişi etmişdir. 

Qeyd edək ki, ötən il ərzində də AZSIĞORTA şirkəti iri həcmli sığorta ödənişləri edib. Şirkət, 2017-ci il ərzində ümumilikdə 9.1 milyon manatdan çox sığorta ödənişi həyata keçirib.

AZSIĞORTA etibarlılığı FITCH tərəfindən qiymətləndirilən ölkənin yeganə sığorta şirkətidir.
 

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!