• Facebook
  • Twitter
AzSığorta

"AzSığorta" cəsarətli strategiya ilə mənfəətdədir

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin 1-ci birinci yarısını mənfəətlə bitirib. Fins.az xəbər verir ki, ilk yarımillikdə şirkətin xalis mənfəəti 4 230 084 manat təşkil edib.

 2018-ci ilin yanvar – iyun ayları ərzində“AzSığorta” ASC-nin əsas əməliyyat, investisiya, subroqasiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 16 577 403 manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2 239 130 manat və ya 16% çoxdur.  

 

  Bu ilin ilk yarısında “Azsığorta” ASC-nin xərcləri isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 36%azalaraq 11 289 798 manat təşkil edib. Xatırladaq ki, 2017-ci ilin 1-ci yarısında bu göstərici 17 689 542 manat olmuşdur. 2018-ci ilin ilk altı ayınının  5 550 591 manatı əsas əməliyyat xərclərinin, 5 241 343 manatı işlərin aparılmasına, 497 863 manatı isə sair xərclərin payına düşür. Nəticədə vergiqoyulmadan əvvəl mənfəət 5 287 605  manat, xalis mənfəət isə 4 230 084 manat təşkil etmişdir.

 “Hazırda cari ilin 1-ci rübündəki müsbət tendensiyanın davam etdiyini müşahidə edirik. Ümumlikdə birinci yarımillikdə 4 milyon xalis mənfəət, ilk növbədə şirkətin bütün sahələrdə paralel olaraq inkişaf etdiyini göstərdi. Hazırda bu dinamikanın stabilliyini saxlayaraq müsbət göstəriciləri daha da artırmaq niyyətindəyik”  - deyə, “Azsığorta” ASC İdarə Heyətinin Sədri Anar Talıbov bildirib.  

 Ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. AZSIĞORTA etibarlılığı FITCH tərəfindən qiymətləndirilən ölkənin yeganə sığorta şirkətidir.
 

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!