• Facebook
  • Twitter
AzSığorta

Sığorta Hadisələri departamenti yeni ofisə köçüb

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “AzSığorta” şirkətinin Sığorta Hadisələri departamenti yeni ünvana köçürülüb.

Şirkətdən Fins.az-a verilən məlumata görə, departament artıq yeni ünvanda - İzmir küçəsi 8, Hyatt Tower 2 binasında fəaliyyət göstərəcək. Sığorta Hadisələri departamentinin şirkətin baş ofisinə köçürülməsində məqsəd müştərilərə göstərilən xidmətin keyfiyyət və sürətinin artırılması, aparılan proseslərin optimallaşdırılması, eləcə də daxili kommunikasiyanın rahatlaşdırılmasıdır.

 

Departamentin yüksək səviyədə xidmət göstərməsi üçün bütün şəraitin yaradıldığı yeni ünvanda müştərilər üçün geniş gözləmə zalı ayrılıb.

“AzSığorta” şirkətinin Sığorta Hadisələri departamenti ilə əlaqə saxlamaq üçün əlaqə nömrələri:

*7676 *6565 (Qəza xidməti – 2) AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. AZSIĞORTA etibarlılığı FITCH tərəfindən qiymətləndirilən ölkənin yeganə sığorta şirkətidir.
 

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!