• Facebook
  • Twitter
AzSığorta

"Azsığorta" Bakıda keçirilən "Mübarizlər" layihəsinə sponsorluq edir

"Azsığorta" şirkəti artıq 3-cü dəfə sponsorluq etdiyi "Mübarizlər" layihəsinə qatılacaq. Yarışma "Gilan Holding", Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə 29 sentyabr 2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində keçiriləcək.

Fins.az-ın məlumatına görə, "Mübarizlər" layihəsi bu il ikinci mövsümündə ekstrim həvəskarlarına fəal istirahətin tam yeni formatını təklif edir — çətin keçilən ərazidə maneəli qaçış. Bu yalnız əyləncəli idman deyil, həm də nəticələr əldə etmək və maneələri aradan qaldırmaq üçün qarşılıqlı komanda işidir. Maneələr xüsusi olaraq elə hazırlanıb ki, 10 kilometrlik marşrut iştirakçılarının bütün qrup əzələləri cəlb olunsun. İştirakçıları 42 maneədən ibarət marşrut gözləyir: çarpazlı divarlar, iplər, beş metr yüksəklikdən suya atlanma, piramidalar, şin daşıma və digərləri. Maneələrin əksəriyyəti ağacdan və metaldan hazırlanmışdır. Daha mürəkkəb marşrut seçərək çempionatın qalibi olan ilk 10 iştirakçı mükafat olaraq sertifikatlar, kuboklar və müxtəlif hədiyyələrlə təltif olunacaq. Hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyət növlərindən biridir. Bu yarışmalar yeni idman növünə çevrilərək, artıq klassik idman növlərini geridə qoyur. Dünyanın ən məhşur trendlərindən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyət yaratmaq üçün bu unikal şansı əldən qaçırmayın.

Yarışmada iştirak etmək üçün biletləri "Iticket" kassalarından əldə etmək mümkündür: //www.mubarizler.az. Sığorta şirkəti olaraq "Azsığorta" – fəal istirahət zamanı hər hansı bir qəza baş verə biləcəyini nəzərə alaraq "Mübarizlər" iştirakçılarının sağlamlığı və təhlükəsizliyi üçün onları oyun zamanı sığortalayır. “AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.
AZSIĞORTA etibarlılığı FITCH tərəfindən qiymətləndirilən ölkənin yeganə sığorta şirkətidir.
 

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!