• Facebook
  • Twitter
AzSığorta

"AzSığorta" Bakıda keçirilən "Mübarizlər" yarışında iştirak edib

Bakı,2oktyabr 2018-ci il: "AzSığorta" artıq 3-cü  dəfə"Mübarizlər" layihəsinin sponsoru olub.Şirkət"Gilan Holding", Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi iləsentyabrın 29-daFövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində keçirilmiş yarışda iştirak edib. 

Müxtəlif fərdi şəxslərin, korporativ şirkətlərin iştirak etdiyi yarışa“AzSığorta” 2 komanda ilə qatılmışdır. Yarışın sonunda şirkətin hər iki komandası uğurla finişə çatmışdır. Şirkətin 1 nömrəli komandasının əməkdaşları isə 2 saat 52 dəqiqənəticəgörsədərək 29 şirkət arasında 15-ci yeri tutmuşdur.

“Mübarizlər” yarışı unikal və beynəlxalq statusa malik bir layihədir. İştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət ediblər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar.

Sığorta şirkəti  olaraq "Azsığorta" – fəal istirahət zamanıhər hansı bir qəza baş verə biləcəyini nəzərə alaraq "Mübarizlər" iştirakçılarının sağlamlığı və təhlükəsizliyi üçün onlarıoyun zamanı sığortalayır.

AZSIĞORTA etibarlılığı FITCH tərəfindən qiymətləndirilən ölkənin yeganə sığorta şirkətidir.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!