• Facebook
  • Twitter
AzSığorta

AZSIĞORTA şirkəti tərəfindən iri həcmli sığorta ödənişi həyata keçirilmişdir.

AZSIĞORTA şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirmişdir.
Ağsu rayonunun Ziya Bünyadov küçəsində yerləşən yaşayış evlərinin birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın baş vermişdir. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, zərərçəkənə 40 900 manat məbləğində  sığorta ödənişi vermişdir.
Qeyd edək ki, bu ilin fevral ayında da AZSIĞORTA şirkəti tərəfindən iri miqyaslı sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, dərman anbarlarının birində baş verən yanğın nəticəsində əmlaka dəymiş zərərə görə sığortalıya 300 000 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir.
AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.
 

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!