• Facebook
  • Twitter
AzSığorta

Xaçmazdakı istirahət mərkəzində yanğın - ÖDƏNİŞ VERİLİB



 

Xaçmazdakı istirahət mərkəzlərinin birində baş verən yanğın sığorta şirkətini baha başa gəlib. “Azsığorta” şirkətindən fins.az-a bildirilib ki, hadisə iyulun 14-də Xaçmaz rayonun Seyidli kəndində yerləşən istirahət mərkəzində baş verib.

İstirahət mərkəzinin balansında olan elektrik tənzimləyiciləri cərəyan şiddətinin aşağı olması üzündən qızaraq yanıb.  Əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yanan generatora görə istirahət mərkəzinə 8400 manat ziyan dəyib. 2000 manat franşiza (azadolma məbləği) çıxıldıqdan sonra sığorta şirkəti noyabr ayında mərkəzin sahibinə 6400 manat kompensasiya verib.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!