• Facebook
  • Twitter
AzSığorta

“Azsığorta”nın ödənişləri 9,6% artıb




Bu ilin yanvar-oktyabr aylarında “Azsığorta” şirkəti 8 milyon 172,2 min manat məbləğində ödəniş edib. Şirkətdən fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur.
Təkcə oktyabr ayında isə “Azsığorta”nın ödənişləri 925,2 min manat olub. Bunun 246,4 min manatı könüllü sığorta növləri, 678,8 min manatı isə icbari sığorta növləri üzrə verilib. Təkcə avtomobillərin icbari sığortası üzrə ödəniş isə 643 min manat təşkil edib.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!