• Facebook
  • Twitter
AzSığorta

Mərkəzi Bank işçilərini kimə etibar edəcək?




Mərkəzi Bank işçilərinin könüllü tibbi sığortasını “Azsığorta” şirkətinə həvalə edəcək. Bunu fins.az-a açıqlamasında Mərkəzi Bankın işçilərinin könüllü tibbi sığortası ilə bağlı keçirdiyi tenderin qalibi olan “Azsığorta” şirkətindən bildirilib. Mərkəzi Bankın satınalmalar üzrə mütəxəssisi Rəhim Hacıyev fins.az-a deyib ki, yekun protokol hazırlandıqdan sonra qarşıdakı bir həftə ərzində bununla bağlı “Azsığorta” şirkəti ilə müqavilə bağlanacaq. 600-ə yaxın işçinin sığortalanacağını deyən Rəhim Hacıyev hələlik hər işçiyə görə sığorta haqqı və sığorta məbləğinin dəqiqləşmədiyi deyib. Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bankın işçilərinin könüllü tibbi sığortasını “Paşa sığorta” şirkəti həyata keçirib.

 

 

Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!