• Facebook
  • Twitter
Daşınmaz əmlakın icbari sığortası növü üzrə
 
Sığorta hadisəsi baş verərsə sığortalı dərhal və ya ən qısa müddət ərzində “AZSIĞORTA” ASC-yə məlumat verməlidir.
Mob. tel: 050 445-55-55; 050 446-66-66; 050 437-77-77
 
Əmlak aşağıdakı hallar nəticəsində zədələnərsə sığortaçı ödəniş vermir:
1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
4. qrunt sularının səviyyəsinin dəyişməsi;
5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması;
6. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;
7. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
8. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda.
 
Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!