• Facebook
  • Twitter
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə

 
Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
 
Sığortalı:
  1. Yol nəqliyyat hadisəsi baş verdikdə sığorta şirkətinə dərhal məlumat verməlidir;
Mob tel: 050 445-55-55; 050 446-66-66; 050 437-77-77
  1. Polis əməkdaşlarına 102 xidməti vasitəsi ilə dərhal məlumat verməlidir;
  2. Hadisə yerini tərk etməməlidir;
  3. Zəruri hallar istisna olmaqla nəqliyyat vasitəsini yerindən tərpətməməlidir;
  4. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət etməli.
 
Aşağıdakı hallarda sığortaçı ödəniş verməkdən imtina edir:
  1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;
  2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;
  3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
  4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda;
  5. hadisədə mülki məsuliyyəti sığortalanmış sürücünün təqsiri olmadıqda;
  6. hadisə sığorta müqaviləsinin qüvvədə olmadığı zaman baş verərsə.
 
Aşağıdakı hallarda sığortaçı verilmiş sığorta ödənişini zərərvurandan tələb edə bilər:
1. sürücü hadisə yerindən yayındıqda;
2. hadisə zamanı sürücü sərxoş vəziyyətdə olduqda;
3. sürücünün avtomobili idarə etmək üçün müvafiq sənədləri (sürücülük vəsiqəsi, etibarnamə, yol vərəqəsi) olmadıqda.
Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!