• Facebook
  • Twitter

Zəhmət olmasa bütün müraciətləri hr@azinsurance.az ünvanına göndərin.

Korporativ satış nümayəndəsi


İşin təsviri:

Yeni Müştərilərin axtarışı;
Müştərilərlə görüşlərin təşkili, müqavilələrin bağlanması və layihənin müştəriyə təhvil verilməsi;
Gündəlik görülən iş haqqında məlumat vermək;
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;
Azərbaycan, Rus dilləri – mükəmməl, ingilis dili - orta;
Danışıqlar aparma, təqdimetmə bacarıqları;
Analitik düşüncə, nəticəyə orientasiya, ünsiyyət bacarıqları, çeviklik, məsuliyyət.

 

 

Satış üzrə mütəxəssis


Vəzifəyə olan tələblər:
Etik qaydalara uyğun davranışa sahib olmalı;
Məsuliyyətli olmalı;
Ünsiyyət qurabilmə qabiliyyəti;
Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;
Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı;
Xoş xarici görkəm
Satış sahəsində minimum 1 il iş stajı
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00

Əsas vəzifələr:
Potensial müştərilərlə görüşlər keçirmək, sığorta məhsullarını təklif etmək;
Sığorta məhsullarının satışının təşkili;
Yeni müştərilərin cəlb edilməsi metodlarının tətbiqi ;
Görülmüş işlərin nəticəsi barədə mütəmadi olaraq müəyyən edilmiş formada hesabatları təqdim etmək;

 

Dispetçer

 

İşin təsviri:
Cinsi: kişi
Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma
Ali təhsili
Dispetçer sahəsində ən azı 1 il iş stajı
Dil bilikləri: Azərbaycan (əla), rus (əla), ingilis (danışıq)

Vəzifəyə olan tələblər:
Ünsiyyətcil, təşəbbüskar
Komandada işləmək bacarığı - Stressə davamlılıq

Satış Departamentinin Direktoru


1. Namizəd üçün irəli sürülən tələblər:
· Təhsil - Ali və ya Natamam Ali
· Özünün icra etdiyi Biznes planının və strategiyasının olması (icbari sığortadan başqa ən azı 3 növ üzrə),
· İl ərzində 200000AZN-dən az olmayan şəxsi (özünün icra etdiyi) portfelinin olması,
· Rəhbərlik etdiyi Departamentin / Şöbənin ümumi portfelinin 1000000 AZN-dən az olmayan portfelinin olması
· Satış personalının idarə edilməsində ən azından 3 illik iş təcrübəsi
· Sığorta məhsulları, Claim və Anderraytinq sahələrinin fəaliyyətlərinin əsasları haqda məlumatların olması
· Sığorta agentləri, partnyorlarla əməkdaşlıq sahəsində ən azından 2 illik iş təcrübəsi və hər bir sahə üzrə 300000 AZN-dən az olmayan iş həcminin olması
· Tenderlər və korporativ müştərilərlə iş təcrübəsinin olması
· Öz iş fəaliyyəti ilə yanaşı rəhbərlik etdiyi Departamentə / Şöbəyə daxil olan strukturların və onların əməkdaşlarının işlərinin planlaşdırılması və təşkili, habelə fəaliyyətlərinin dəyərləndirilməsi bacarıqlarına malik olması
· Analitik təhlillər aparmaq və müvafiq hesabatların hazırlamasını bacarmaq
· Təqdim etmə bacarıqları

2. Əlavə məlumatlar:
· İş yeri: Bakı şəhəri
· Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini əla bilməsi
· Cins: fərq etməz
· Yaş: fərq etməz
· İş qrafiki: I-V günlər tam iş günü (saat 09:00 - 18:00)
· İstirahət günləri: Bazar və bayram günləridir
· Əmək haqqı: namizədin səviyyəsinə uyğun

3. Xüsusi qeyd:
· Yalnız sığorta sahəsində 3 ildən yuxarı iş təcrübəsi olan namizədlərin müraciətləri dəyərlədiriləcəkdir,
· Müraciətlərinizin "Mövzu" hissəsində mütləq şəkildə vakansiyanın adını qeyd edərək hr@azinsurance.az ünvanına göndərilməsi xahiş olunur
 

Təlim üzrə mütəxəssis

Vəzifəyə olan tələblər:
· Ali təhsil
· Azərbaycan, Rus dilləri – Mükəmməl, İngilis dili – yaxşı
· Power Point, Excel, Word proqramlarında, habelə təlimlərdə istifadə edilən avadanlıqlarla işləmək bacarığı
· Təqdim etmə bacarıqları
· Ünsiyyətcillik
· Cəldlik
· Digərlərinə mpatik yanaşma tərzi
· Öyrənmək qabiliyyəti
· Təlim materiallarının (təqdimatların) hazırlanmasında bilik və bacarıqları
· Təlim keçmək üzrə təcrübəyə malik olması
· Problemlərin müəyyənləşdirilməsində, analiz edilməsində, həlli yollarının təqdim edilməsində bilik və bacarıqların olması
· Analitik, yardıcılıq, qeyri standart düşüncəyə sahib olması
· Təlim sahəsində ən azından 3 illik təcrübəyə malik olması
· Yaş həddi: 25 – 35 yaş

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat
· Təlim ehtiyaclarının müəyyən edilməsi,
· İllik Təlim Proqramının, Büdcəsinin və Cədvəlinin hazırlanması,
· Təlim təqdimatlarının hazırlanması,
· Aidiyyəti sahələr üzrə imtahanların təşkili və keçirilməsi, həmçinin nəticələrinin hesablanması və hesabatların hazırlanması,
· Attestasiyanın hazırlanması və keçirilməsi,
· Treninqlər təşkil etmək;
· Satış və sığorta nəzəriyyəsi üzrə treninqlər aparmaq;
· Təlim materiallarını hazırlamaq;
· İşçilərin təlimə ehtiyacı olan sahələri araşdırmaq və şirkətin təlim proqramına uyğun icra etmək;
· Korporativ tədbirləri təşkil etmək;
· Təlimlərin iş yerində tətbiq edilməsi prosesinin koordinasiya edilməsi və mütəmadi aidiyyəti hesabatların hazırlanması
· Rəhbərliyinin aidiyyəti sahə üzrə digər tapşırıqlarının icrası

Əlavə məlumatlar:
· İş yeri: Bakı şəhəri
· Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini əla bilməsi
· Cins: fərq etməz
· Yaş: fərq etməz
· İş qrafiki: I-V günlər tam iş günü (saat 09:00 - 18:00)
· İstirahət günləri: Bazar və bayram günləri
· Əmək haqqı: namizədin səviyyəsinə uyğun
· Sığorta sahəsində təlimlərlə bağlı təcrübəsi olanlara üstünlük verilir
· Müraciətlərinizi "Mövzu" hissəsində mütləq şəkildə vakansiyanın adını qeyd edərək hr@azinsurance.az ünvanına göndərməyinizi xahiş olunur.


Təkrarsığorta üzrə mütəxəssis

Vəzifəyə olan tələblər:
  • Ali təhsil
  • Azərbaycan, Rus dilləri – Mükəmməl, İngilis dili – yaxşı
  • Power Point, Excel, Word proqramlarında, habelə aidiyyəti sahədə istifadə edilən digər kompüter proqramları
  • Cəldlik
  • Öyrənmək qabiliyyəti
  • Təlim keçmək üzrə təcrübəyə malik olması
  • Problemlərin müəyyənləşdirilməsində, analiz edilməsində, həlli yollarının təqdim edilməsində bilik və bacarıqların olması
  • Müxtəlif səpkili hesabatların hazırlanmasında bilik və bacarıqları
  • Analitik, yardıcılıq, qeyri standart düşüncəyə sahib olması
  • 1 ilə qədər (7 aydan yuxarı) təcrübəyə malik olması
  • Cins: fərq etməz
  • Yaş: 22 - 35

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat
· Risklərin təkrarsığortasını təhlil və təşkil edilməsi;
· Sənəd dövriyyəsinin düzgün aparılmasını təmin edilməsi;
· Müvafiq sığorta növləri üzrə təkrarsığorta bazasının daima təkmilləşdirməsi;
· Şirkətin təkrarsığorta siyasətinin koordinasiyasında iştirak edir və müvafiq sığorta növləri üzrə risklərin təkrarsığortalanmasını departament və şöbə müdiri ilə analiz edilməsi;
· Cari risklərin analizini (risklərin seleksiyası, tariflərin hesablanması, sığorta şərtlərinin müəyyən edilməsi, təkrarsığortaçılar ilə konkret risklərin yerləşdirilməsi üçün danışıqlar aparılması və s.) aparılması;
· Risklərin təkrarsığorta olunması, baş vermiş hadisələrlə bağlı partnyor və həmkarlarla daim əlaqə saxlanılması;
· Rəhbərliyinin aidiyyəti sahə üzrə digər tapşırıqlarının icrası

Əlavə məlumatlar:
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: I-V günlər tam iş günü (saat 09:00 - 18:00)
  • İstirahət günləri: Bazar və bayram günləri
  • Əmək haqqı: namizədin səviyyəsinə uyğun olaraq təyin edilir.
Müraciətlərinizi "Mövzu" hissəsində mütləq şəkildə vakansiyanın adını qeyd edərək hr@azinsurance.az ünvanına göndərməyinizi xahiş olunur.
 


Sığorta Agenti

Vəzifəyə olan tələblər:
· Azərbaycan dili – mükəmməl, Rus və İngilis dillərini bilənlərə üstünlük verilir
· Satış sahəsində 6 aya kimi iş təcrübəsi
· Işgüzar
· Ünsiyyətcillik - Səlist danışıq tərzinə malik olması və danışıqlar aparmaq bacarığı
· Təqdim etmə bacarıqları
· Fikirlərini şifahi (əsasən) və yazılı şəkildə səlist ifadə etmə və çatdırma bacarığı
· Zahiri görünüşü xoşagəlimli
· Səbirli və dinləmə bacarığı olması
· Öyrənmək və özünü inkişaf etdirmək qabiliyyəti
· Digərlərinə empatik və hörmətlə yanaşma tərzi
· Cins: Fərq etməz (xanım namizədlərə üstünlük verilir)
· Yaş: 18 – 25


Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat
· Sığorta məhsullarının təqdimatının / nümayişinin / təbliğinin (fərdi, sərgilərdə, təbliğat kompaniyaları və s.) aparılması
· Sığorta məhsullarının satışlarının aparılması
· Fərdi və / və ya korporativ satışların aparılması
· Rəhbərliyinin aidiyyəti sahə üzrə digər tapşırıqlarının icrası

Əlavə məlumatlar:
· İş yeri: Bakı şəhəri
· İş qrafiki: Hər bir namizədlə fərdi qaydada müzakirə ediləcək
· İstirahət günləri: Bazar və bayram günləri
· Əmək haqqı: Əməkdaşın göstərdiyi fəaliyyətə əsasən
· Sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir
· Müraciətlərinizi "Mövzu" hissəsində mütləq şəkildə vakansiyanın adını qeyd edərək hr@azinsurance.az ünvanına göndərməyinizi xahiş olunur.
 

Hüquqşünas

Vəzifəyə olan tələblər:
  • Ali hüquqi təhsil; (yuxarı kurs tələbələri də müraciət edə bilər əlavə  iş üçün),
  • Hüquqşunaslıq  sahəsində ən azı  1 il iş təcrübəsi; (məhkəmə proseslərində təcrübəsi olan şəxslərə üstünlük verilir)
  • AR qanunvericiliyini bilməli,
  • Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri  orta səviyyədən yüksək;
  • Stressə davamlılıq,
  • Bölgələrə ezamiyyəyə  getmə imkanı,
  • Məsuliyyətli olmalı; 
  • Komandada işləmə bacarığı,
  • Ünsiyyət qura bilmə qabiliyyəti;
  • Fikirlərini (yazılı və şifahi) səlis və aydın ifadə etmək və çatdırma bacarıqları,
  • Kompüter proqramlarını (Word Excel və s.) tələb olunan səviyyədə bilməli,
  • Çeviklik,
  • Təlim keçmək üzrə təcrübəyə malik olması,
  • Problemlərin müəyyənləşdirilməsində, təhlil edilməsində, həlli yollarının təqdim edilməsində bilik və bacarıqlarının olması,
  • Cins: fərq etməz,
  • Yaş: 22 - 40
 
Əsas vəzifə öhdəlikləri və  iş barədə məlumat
·        Məhkəmə proseslərinə sənədlərin hazırlanması,
·        Məhkəmə proseslərində iştirak etməsi,
·        Subroqasiya hüququnun təmin edilməsi,
·        Müvafiq sənədlərin hazırlanması və hüquqi ekspertizası,
·        Rəhbərliyinin aidiyyəti sahə üzrə digər tapşırıqlarının icrası
 
Əlavə məlumatlar:
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: I-V  günlər  tam iş günü (saat 09:00 - 18:00)
  • İstirahət günləri: Bazar və bayram günləri
  • Əmək haqqı: namizədin səviyyəsinə uyğun
  • Maliyyə strukturlarında - bank və sığorta şirkətlərində işləyən hüquqşünaslara üstünlük verilir.
  • Müraciətlərinizi "Mövzu" hissəsində mütləq şəkildə vakansiyanın adını qeyd edərək  hr@azinsurance.az ünvanına göndərməyiniz xahiş olunur.
  • Son müraciət tarixi: 20.04.2015
Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!