• Facebook
  • Twitter
  • “AZSIĞORTA” ASC 2006 ildən Azərbaycan sığorta bazarında uğurla fəaliyyət göstərir. Şirkətin daxili siyasəti bizə sığorta bazarında yüksək mövqe tutmağa və sığortalıların sayını ilbəil artırmağa imkan yaradır, bunu Maliyyə Nazirliyinin tətbiq etdiyi sığorta şirkətləri arasındakı illik reytinqi aydın göstərir.
    1 000 000 manat həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən “AZSIĞORTA”ASC 1 il sonra kapitalını 100% artıraraq 2 000 000 manata, 2008-ci ilin nəticələrinə görə isə nizamnamə kapitalı 100% artıraraq 4 milyon manata çatdırmışdır, 2012-ci ildə nizamnamə kapitalı 20 300 000 manat təşkil etmişdir.
    Bu gün “AZSIĞORTA”ASC-yə rəhbərlik edən İdarə Heyəti, o cümlədən aparıcı işçi heyəti sığorta sektorunda kifayət qədər böyük təcrübəyə malik olan şəxslərdən təşkil olunmuşdur. Bu isə ilk növbədə mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti təşkil etməyə imkan verir.
    “AZSIĞORTA”ASC Azərbaycan Respublikasının bir çox regionlarında filiallar və nümayyəndəliklərlə təmsil olunub. Belə ki, Bakı şəhərində yerləşən Baş ofisdə, həmçinin Sumqayıt, Gəncə, Lənkaran, Şirvan, Xaçmaz, Qəbələ, Tərtər, Şamaxı və Yevlax şəhərlərində fəaliyyət göstərən regional filiallarında ümumi olaraq 300 nəfər işlə təmin edilib. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına dəstək olmaqla sığorta ehtiyaclarının operativ şəkildə təmin olunması ilə yanaşı müştərilərə günün 24 saatı keyfiyyətli sığorta xidmətinin göstərilməsində xüsusi rol oynayır. Bundan başqa şirkətin bir sıra satış nöqtələri də açılmışdır.
    “Cəmiyyət” maliyyə sabitliyini təmin etmək məqsədi ilə yerli və xarici sığorta, təkrarsığorta və broker şirkətləri ilə yaxından əməkdaşlıq edir. “AZSIĞORTA”ASC qəbul etdiyi riskləri Avropa və dünya təkrarsığorta bazarının ən etibarlı təkrarsığorta şirkətində operativ yerləşdirmək imkanına malikdir.
    “AZSIĞORTA”ASC-ni digər şirkətlərdən fərqləndirən əsas əlamətlərdən biri kimi daim yeni sığorta məhsullarının yaradılmasını, iş prosesində innovasiyaların tətbiqini, sığorta sahəsində kütləvi təbliğat işlərinin aparılmasını, insanların sığorta sahəsində maarifləndirilməsini və s.göstərmək olar.
    Uğurlu kommersiya fəaliyyəti ilə yanaşı “AZSIĞORTA”ASC yarandığı gündən sosial sahələrdə də təqdirəlayıq işlər aparmaqdadır. Şirkət fəaliyyət göstərdiyi zaman ərzində Xətai və Suraxanı rayonlarındakı uşaq evlərinin sakinlərinin əl işlərindən ibarət satış-sərgi təşkil etmiş, tədbirin bütün xərcləri şirkətin hesabına maliyyələşdirilmiş və sərgidən əldə olunan qazanc uşaq evlərinin problemlərinin həllinə yönəldilmişdir
    “AZSIĞORTA” ASC 2009-cu ilə də uğurlu başlamışdır. Qısa müddət ərzində şirkət İSO 9001:2000 keyfiyyəti idarəetmə sisteminə uyğun sertifikatlaşdırılmışdır.
    2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.
  • Yüksəliş dinamikası

    Təkrarsığorta

    Sığorta bazarında aparıcı mövqeyə nail olmağın əsas amillərdən biri təkrarsığorta siyasətini düzgün qurmağımızdır. Biz təkrarsığorta sahəsində tərəfdaşılarımıza ən yüksək tələblər irəli sürürük, buna görə də əməkdaşlıq etdiyimiz şirkətlər Rusiyanın, Qərbin ən yüksək göstəriciləri olan şirkətlərdi. Onların arasında:Hannover Re (Almaniya), Scor (Fransa), Allianz (Almaniya), Brit Insurance, Lloyd’s Syndicate (Böyük Britaniya), Polish Re (Polşa), Chartis (ABŞ), Zurich (Almaniya), Munich Re (Almaniya), Generali (Avstriya), Ingosstrakh (Rusiya), SOGAZ (Rusiya).
Quick Pay - Sığortanı indi onlayn ödə!
Online Sığorta - Sığortanı indi onlayn əldə et!